Nobel Sülh Mükafatı Xirosima və Naqasaki partlayışlarından sağ qalanların hərəkatına veriləcək

0
9

Norveçin paytaxtı Osloda Nobel Sülh Mükafatı laureatlarının adları açıqlanıb.

Məlumata görə, 2024-cü ildə bu mükafat 1945-ci ildə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombaları atılmasından sonra sağ qalanları birləşdirən “Nihon Hidankyo” təşkilatına verilib.

Mükafat nüvə silahlarından azad dünya qurmaq səylərinə görə təqdim edilib.

Qeyd edək ki, sülh mükafatı Nobel həftəsində sonuncudan əvvəlki mükafatdır.

Daha əvvəl fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.

Oktyabrın 14-də 2024-cü il üzrə son Nobel mükafatçıları – Alfred Nobelin xatirəsinə İqtisadiyyat üzrə Mükafatın (1968-ci ildə İsveç Bankı tərəfindən təsis edilib) laureatları elan olunacaq.

Mükafatlar dekabrın 10-da – Alfred Nobelin vəfat etdiyi gün Stokholm və Osloda laureatlara təqdim olunacaq.