Nobel mükafatı laureatı: “İran Azərbaycandan üzr istəməlidir”

0
135

“Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik. Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə də İran üzr istəməlidir”.

Bunu Nobel mükafatı laureatı Şirin Ebadi X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasa ünvanladığı videomüraciətində qeyd edib.

O, İran rejiminin anormal bir rejim olduğunu vurğulayıb:

“İranın Suriya və İraqa müdaxiləsi Tehranın bu ölkələrin sabitliyini pozduğunu göstərir. Ancaq İran rejiminin bu addımları xalq tərəfindən dəstəklənmir. Xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığının təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Biz sonda öz məqsədlərimizə nail olacağıq”.