Niyə Almaniyada yoluxma çox olsa da, ölüm azdır?

0
399

Niyə Almaniyada yoluxma çox olsa da, ölüm azdır?

Almaniyada digər Avropa ölkələri ilə müqayisədə koronavirusdan ölüm hallarının niyə az olduğu açıqlanıb. 

Bu barədə “Financial Times” yazıb. Nəşr qeyd edib ki, Almaniya ənənəvi virus zərbəsini alaraq, ona ən çox yoluxmuş ölkələr arasında ilk beşliyə girib.

Ölkədə koronavirusa 22,364 nəfər yoluxub, ölüm sayı isə cəmi 84-dür. Xəstəlikdən tam sağalan 209 nəfərdir.

Bununla yanaşı, Almaniya COVID-19-dan ölümə görə ən aşağı faiz göstəricisi olan ölkədir. Belə ki, bu faiz cəmi 0,35-dir. Müqayisə üçün İtaliyada faiz 10, İspaniyada 5, Çində 4, Fransada isə 3-dür.

Nəşrin ekspertləri Almaniyada ölüm faizinin aşağı olmasını xəstəliyin daha erkən  mərhələdə aşkarlanması ilə əsaslandırır.

Bundan başqa, yoluxanlarının əksəriyyətinin yaşı da o qədər çox deyil. Robert Kox İnstitutunun rəqəmlərinə görə, ölkədə koronavirusa yoluxanların 80 faizinin yaşı 60-a çatmır.

Eyni zamanda Berlində hər gün 160 min koronavirus testi etmək imkanı var.

Almaniyada xəstəxanalarda da lazımi avadanlıqlar yetərli qədərdir. Belə ki, martın ortalarında alman hökuməti ağciyərlər üçün əlavə 10 min xüsusi nəfəsalma aparatı sifariş verib.

Qeyd etmək lazımdır ki, ekspertlər Almaniyada da COVID-19-da sıçrayış olacağını istisna etmirlər, onlar bu rəqəmlərin sadəcə erkən mərhələ üçün ola biləcəyini də qeyd edirlər.