Niyə ət yeməyən insanların virusa yoluxma riski yüksəkdir?

0
361

Niyə ət yeməyən insanların virusa yoluxma riski yüksəkdir?

Pəhrizlər sağlamlıq və rifahın açarıdır, lakin bəzi insanlar, məsələn vegetarianlar inanclarına görə müxtəlif qidalardan imtina edirlər və bununla da bədənlərinin qoruyucu qabiliyyətlərini azaldırlar.

Bu barədə həkim-epidemioloq Olqa Nenastina “RİA Novosti”yə müsahibəsində danışıb.

“Vegetarian olub, eyni zamanda sağlamlığınızı qoruya bilmərsiniz. Anlaşılmalıdır ki, yüksək dərəcəli protein maddələri müntəzəm qəbul etməsəniz, bu, hüceyrələrin məhvinə və orqan disfunksiyalarına səbəb olacaq. Əlbəttə ki, koronavirus da daxil olmaqla müxtəlif xəstəliklərə yoluxma riski əhəmiyyətli dərəcədə artacaq”, – həkim qeyd edib.

Epidemioloqun sözlərinə görə, hər hansı ağır pəhriz müxtəlif maddələrin çatışmazlığına səbəb olur. Gündəlik qida rasionunda heyvan mənşəli məhsullar xüsusi yer tutur, çünki bir çoxu insan bədənində sintez olunmayan, amma həqiqətən ehtiyac duyduğu vacib vitamin mənbələri ehtiva edir. Bunlar xüsusən B2 və B12 vitaminləridir – hematopoezdə, sinir və həzm sistemlərinin işində vacib rol oynayır, eyni zamanda dəri və selikli qişaların vəziyyətindən də cavabdehdirlər.

Bundan əlavə, özlərini heyvan məhsullarından məhdudlaşdıran insanlarda şəkərli diabet, bronxial astma, artrit və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək çox doymamış yağ turşularının (PUFA) çatışmazlığı meydana gələ bilər.

Terapevt Yelena Tixomirova da bənzər fikri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, vegetarianlıq COVID-19-a yoluxma riskini artırır, vegetarian “təcrübəsi” uzandıqca immunitet də bir o qədər azalır. Bundan əlavə, vegetarianlıq bir sıra xroniki xəstəliklərə səbəb olur.