Yaponiyanın avtomobil istehsalçısı “Nissan” ölkədəki, eləcə də xaricdəki bir sıra zavodlarını bağlamağı planlaşdırır.
Bu barədə “Reuters” insayderlərə istinadən məlumat verib.
Şirkət Yaponiyadakı iki sahədə istehsalı dayandırmağa hazırlaşır. Birincisi, 1961-ci ildən fəaliyyət göstərən Oppamadakı zavoddur. Bağlanmağa ikinci namizəd Senanedəki zavoddur ki, ana qurum “Nissan Shatai” şirkəti vasitəsilə onun yalnız yarısına sahibdir.
Optimallaşdırma bir sıra xarici müəssisələrə də təsir edəcək: Cənubi Afrika Respublikası, Hindistan, Argentina və Meksikada zavodların bağlanması planlaşdırılır. Bu yolla maliyyə sıxıntısı yaşayan “Nissan” cari xərcləri azaltmağa hazırlaşır.