Nisə Qasımova xərçəngə yoluxub?

0
535

“Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram”.

Bunu  açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki… Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim… Zəng edib deyirlər ki, “barənizdə nəsə eşitmişik”, “səhhətinizdən narahatıq”, “efirlərdə görünmürsüz”. Bir sözlə, hər şey yaxşıdır”, – deyə Nisə Qasımova bildirib.

Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.