“Nikoyl” bankın vəzifəli şəxslərinin məhkəməsi başlayır

0
822

“Nikoyl” bankın Sumqayıt filialının vəzifəli şəxslərinin məhkəməsi başlayır.

Filialın müdiri Ruslan Talıbov filialın digər vəzifəli şəxslərlə əlbir olaraq banka müraciət etmiş şəxslərə 868 min manat məbləğində qanunsuz pul kreditinin verilməsinə görə onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi istəyərək almaqda, həmçinin bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq onlara etibar edilmiş 192 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham edilirlər.

R.Talıbovdan başqa bankın digər vəzifəli şəxsləri – Quliyev Vüsal, Məmmədov Elçin, Əliyev Rauf, Qurbanov Məmməd, Qasimov Vüsal, Xidirov Elşən, Əlişov Orxan, Abbasov Zahir, Ramazanov Zaur, Məlikov Fərid də İsmayilov Nazim dəstə üzvü kimi təqsirləndirilən şəxs qismində cəlb olunub.

Onların məhkmə işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə mayın 14-də baxılacaq.