Nikolun ittihamlarının “quyruğu” göründü: – Qarabağa çoxmillətli qüvvələrin göndərilməsi…

0
173

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiyaya qarşı kəskin ittihamlar səsləndirib.

Paşinyan Rusiyanın izahat verməli olduğunu bildirib:

“Laçın dəhlizi Azərbaycan tərəfindən bağlanıb və bu, beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır. Qarabağ xalqı (?) qarşısında təhlükəsizlik öhdəliyini üzərinə götürmüş Rusiya Federasiyası və Qarabağdakı Rusiya sülhməramlı qüvvələri vəziyyətlə bağlı aydın izahat verməlidir.

Laçın dəhlizinin bərpası üçün Rusiyanın yol xəritəsi nədir? Bunlar erməni və Qarabağ icmasının Rusiyadan cavab gözlədiyi suallardır”.

O qeyd edib ki, Rusiya Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə BMT Təhlükəsizlik Şurasının mandatının verilməsi və ya çoxmillətli qüvvələrin göndərilməsi məsələsi qaldırılmalıdır.