Nikolu Rusiyaya aparan üç səbəb: İrəvan niyə geri çəkilir?

0
180

Rusiya ilə qarşıdurma fonunda Putinlə görüşdən qaçan Paşinyanın uzun müddət sonra Avrasiya İqtisadi İttifaqı və MDB-nin iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməsinin birdən çox səbəbi var.

Biricinsi, iqtisadi amillərdəndir: KTMT-dən imtina edən İrəvanın Fransanın timsalında hərbi alternativ imkanları olsa da, iqtisadi alternativi yoxdur, bu baxımdan, Ermənistanın Aİİ bazarına ehtiyacı var və siyasi-hərbi müstəvidə nə qədər Moskvanın nəzarətindən uzqlaşmaq istəsə də, Azərbaycanla kommunikasiyanın açılması ilə nəticələnə biləcək sülh sazişinin imzalanmadığı müddətdə Rusiya bazarından asılılığı davam edəcək;

İkincisi, İran faktorudur: Sankt-Peterburqda Aİİ və İran arasında azad ticarət sazişinin imzalanması planlaşdırılır; sammitdə iştirakdan imtina Tehranla münasibətlərə də mənfi təsir edə bilər, o cümlədən, Ermənistan ittifaq ölkələrinin İranla genişlənməsi gözlənilən ticarət imkanlarından kənarda qalmaq istəmir;

Üçüncüsü, Paşinyanın bu səfərdə siyasi hədəflərdindən biri də Azərbaycana təzyiq edə bilməyən Qərbə mesaj verməkdir;

Bunun fonunda Ermənistanın KTMT-dən uzaqlaşmaq xəttinin davam edəcəyi gözləniləndir, çünki bununla bağlı “Azərbaycan bəhanəsi var”.