Nikoldan separatçılara çağırış: Qarabağ Azərbaycan ərazisi kimi tanınır

0
158

Qarabağda mənim fikirlərimi düzgün başa düşmürlər.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir “Qarabağ məsələsi Azərbaycanla sülh müqaviləsinə daxil edilməyəcək”, “Madrid prinsiplərində Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edilir” sözlərinin Xankəndidəki separatçı rejim tərəfindən narazılıqla qarşılanmasını şərh edib.

“Qarabağdan gələn fikirləri izləyirəm, amma mənim dedikərimi doğru anlamırlar. Onlar həmişə sözlərimi səhv anlayır, eyni hal yenə təkrar olunur. Mənim fikirlərim çox aydındır. Madrid prinsipləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”, – Nikol deyib