Nikol seçimini etdi: Qərbə qarşı hərəkətə keçir, Rusiya isə… – Şok detallar

0
109

“Nikol Paşinyanın siyasi fəallığının səbəbi “müqəddəsdir”, baxmayaraq ki, bəziləri hakimiyyətin seçki kampaniyasına başladığına əmindir. Paşinyan partiya üzvlərini əmin edib ki, parlamentə növbədənkənar seçkilər olmayacaq və 2026-cı il seçkiləri üçün təşviqat kampaniyasına başlamaq hələ tezdir”.

Bu barədə “Hraparak” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Bu yaxınlarda Paşinyan dar çevrədə heç bir aydınlıq gətirmədən bildirdi ki, payızda xarici siyasi cəbhədə sürpriz proseslər gözlənilir. O, Aİ-nin Ermənistanı qəbul etmədiyini, onu düzgün maliyyələşdirmədiyini, bu istiqamətdə addımlar atmadığını, yetərincə təmin etmədiyini bəyan etdi. Pasinyanın “sərbəst oğul” kimi təhlükəsizlik zəmanətləri altında “ana Rusiyanın” qucağına qayıtmaq niyyətində olduğu barədə məlumatlar var”, – nəşr yazıb.