
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Moskvada 7 apreldə görüşəcək.
Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan deyib.
O, görüşlə əlaqədar olaraq Ermənistan baş nazirinin 2 apreldən özünütəcrid rejimində çalışdığını bildirib.
Qeyd edək ki, Putinlə Paşinyan sonuncu dəfə yanvarın 11-də Moskvada görüşmüşdülər.