Qarabağdan Ermənistana qaçan separatçılar ac qalıb.
Bu barədə “Hraparak” nəşri yazır.
Məlumata görə, artıq ləğv edilmiş qondarma rejimdə təmsil olunanlar, eləcə də qondarma “deputatlar” və siyasi-hərbi sferada işləyənlər sosial problemlərlə üzləşib.
Nəşr yazır ki, bütün “məmurlar” (qondarma rejimdə işləyənlər) faktiki olaraq maaş almırlar.
“Nikol Paşinyan onlara maaş verməkdən imtina etdi və indiyə qədər ayrılan yardımı dondurdu. Bununla yanaşı, onlar Ermənistanda iş tapmaqda çətinlik çəkirlər. Onlara bildirirlər ki, Ermənistan vətəndaşı olmadıqlarına görə mümkün deyil, halbuki, hamısının Ermənistan pasportu var, sadəcə olaraq, qeydiyyat yeri fərqlidir. Sosial yardım adı ilə verilən pul isə kirayəyə və gündəlik təlabatlara bəs edir”, – nəşr yazıb.