
Ermənistanın baş naziri Nikol Paşinyan xarici sərmayə cəlb edilmədiyi üçün səfirliklərini tənqid edib.
“Ölkə iqtisadiyyatına vəd edilən sərmayə bumun həcminin reallıqda azalması hakimiyyətin başlıca ağrılı yerlərindəndir. Nikol Paşinyan ABŞ-a səfərindən əvvəl Xarici İşlər Nazirliyində keçirdiyi qapalı toplantıda xarici ölkələrdəki səfirlərini, nazirliyin məsul şəxslərini tənqid edib”, – deyə qəzet vurğulayıb.
O, Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi, Rusiya, ABŞ və Çindəki səfirlərini tənqid edərək onların işindən narazılığını bildirib: “Bu nəhənglərin Ermənistana iri məbləğdə sərmayə qoymağa maraqlandırmayıbsızsa, onda nəyə lazımsız”.
Nikol Paşinyan səfirlərə cari ilin sonunadək bu istiqamətdə konkret fəaliyyətlə bağlı tapşırıq verib.