Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentinin sabiq üzvü Ramona Nikol Manesku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd olunur:
“Ermənistanın işğalı altında olan ərazilərinizin azad edildiyi bu tarixi dönəmdə Sizi və Azərbaycan xalqını təbrik etməkdən şərəf və məmnunluq duyuram.
Sizin əzmkarlığınız, ərazi bütövlüyünüzün təmin edilməsi ilə bağlı qətiyyətiniz, diplomatik və hərbi sahələrdə göstərdiyiniz cəsarət hazırda Azərbaycanın müasir tarixini müəyyən edir. Heç şübhəsiz, Siz xalqınızın tarixində xilaskar kimi əbədi qalacaqsınız.
Bundan başqa, Azərbaycan xalqı bütün dünyaya əzəmətli xalq olmağın əsas xüsusiyyətlərini – rəşadət və yüksək vətənpərvərlik hisslərini nümayiş etdirdi.
Çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Azərbaycanın rumıniyalı dostu olaraq bütün dünyaya göstərdiyiniz nümunəyə görə Sizi bir daha təbrik edirəm və Zati-alinizə təşəkkürümü bildirirəm”