Nigeriyada təyyarə qəzası: ölənlər var

0
356

Nigeriya hərbi aviasiyasına məxsus “King Air 350” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Nigeriya aviasiya naziri Hadi Sirika Tvitterdə yazıb.

“Nigeriya hərbi aviasiyasına məxsus təyyarə paytaxt Abica yaxınlığında qəzaya uğrayıb. Ehtimal olunur ki, ölənlər var. Biz sakitliyimizi qorulamı və araşdırmanın nəticələrini gözləməliyik”, – nazir bildirib.

Yerli “Deyli Post” qəzeti isə təyyarədə olanların hamısının öldüyünü yazıb.