Nigeriya sularında sərnişin gəmisi çevrilib.
“Frans-Press” xəbər verir ki, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub.
Belə ki, 80 nəfərlik gəminin göyərtəsinə 160 sərnişin qalxıb. Hazırda sərnişinlərdən 22-si sağ olaraq sudan çıxarılıb.
İnsident nəticəsində bir nəfərin ölümü təsdiqlənib. Qalanları isə itkin düşmüş sayılır.
Faciə qurbanlarının sayının artacağı gözlənilir.