Afrikanın qərbində yerləşən Nigeriya sahillərində göyərtəsində Türkiyənin 18 vətəndaşı olan gəmiyə hücum nəticəsində 10 dənizçi qaçırılıb.
Məlumatı “Anadolu” agentliyi yayıb.
Bildirilib ki, Türkiyə bayrağı altında üzən “Paksoy-I” yük gəmisinə iyulun 15-də gecə saatlarında silahlı hücum nəticəsində Türkiyənin 10vətəndaşı qaçırılıb.