Neymar 2021-ci ili erkən başa vurdu

0
286

Braziliya millisinin və Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar ilin sonunadək meydana çıxa bilməyəcək.

O, Fransa çempionatının “Sent-Etyen”lə oyununda zədələnib.

İlkin tibbi müayinəyə əsasən, 29 yaşlı hücumçu altı həftə yaşıl meydanlardan kənar qala bilər. Bu da o deməkdir ki, hücumçu bu il meydana çıxa bilməyəcək.

Qeyd edək ki, cənubi amerikalı futbolçu qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb. O, 88-ci dəqiqədə Erik Dina ilə əvəzlənib və meydandan xərəkdə çıxarılıb.

İdmançı özü də zədənin idman həyatının bir hissəsi olduğunu, daha yaxşı və daha güclü şəkildə meydanlara qayıdacağını bildirib. Futbolçuya komanda yoldaşlarından Marko Verratti, Kilian Mbappe, həmçinin Memfis Depay, Rişarlison, Duqlas Kosta kimi aparıcı oyunçular və futbol əfsanəsi Pele dəstək olub.