Nepalda daşqın və torpaq sürüşmələri – Çox sayda ölü var

0
623

Nepalda aramsız yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həlak olub.

Daşqınlar ölkənin 20 rayonunda qeydə alınıb.

Azı 7 nəfərin xəsarət aldığı deyilir. Daha 7 nəfər də itkin düşüb.

Ölkənin Daxili İşlər Nazirliyi çay kənarlarında yaşayan sakinləri təhlükəsiz yerlərə köçməyə çağırıb.