Dünya bazarında neft qiymətlərində artım müşahidə olunub.
Hazırda “Brent” markalı neftin bir barelinin qiyməti gün ərzində 2,6 dollar və ya 9,13 faiz artıb. Belə ki, hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 43,05 ABŞ dollarını təşkil edir.
WTI markalı yüngül neftin bir bareli isə 3,79 dollar və ya 10,20 faiz bahalaşıb. Hazırda WTI markalı neftin bir bareli 40,93 ABŞ dolları həcmindədir.
Qlobal “Oil Price” portalının verdiyi məlumata görə isə hazırda Azərbaycan neftinin də dünya bazarındakı qiyməti artmaqda davam edir. Son göstəricilərə əsasən, “Azeri Light” markalı neftin bir bareli 1,8 faiz və ya 0,75 dollar həcmində bahalaşaraq 42,44 ABŞ dolları təşkil edib.