“Neftçi”nin baş məşqçisindən qələbə şərhi

0
1030

“Neftçi”nin baş məşqçisindən qələbə şərhi

“Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu”. 

Bunu “Neftçi”nin baş məşqçisi Roberto Bordin Rusiyada “Arsenal”ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolçuların oyuna yanaşmasında razı qalıb: “Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibi orta xəttə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçulardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm”