“Neftçi”nin aparıcı futbolçusu Azərbaycanı Afrikaya dəyişdi

0
357

“Neftçi”ni aparıcı futbolçusu olan belçikalı yarımmüdafiəçi Sabir Buqrin tərk edib.

O, karyerasını son Tunis çempionu “Esperans”da davam etdirəcək. Futbolçu bu gün tibbi baxışdan keçəcək, klub prezidenti Həmdi Məddəblə görüşüb müqavilə bağlayacaq.

25 yaşlı futbolçunun gedişini “Neftçi”nin baş məşqçisi Samir Abbasov da təsdiqləyib:

“Sabirin getməyini nə rəhbərlik, nə də mən istəyirdim. Onun getməsi xoş hal deyil. Çünki Sabir aparıcı oyunçumuz idi. Onunla nə qədər oturub danışdıq. Amma adamın fikri-zikri buranı tərk etmək idi. Maddiyatın nə dərəcədə rol oynadığını bilmirəm. Düşündük ki, oyunçu bu fikirdədirsə, onun keçidindən biz niyə pul qazanmayaq?!”.

Qeyd edək ki, Mərakeş əsilli olan Sabir Buqrinin “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunadək idi. Bu səbəbdən də paytaxt Tunisi təmsil edən klub “Neftçi”yə transfer pulu ödəyəcək.

Xatırladaq ki, daha əvvəl komandanı fransalı yarımmüdafiəçi Romen Bask tərk edib. O, ölkəsinin II divizion klubu olan “Şatoru”ya keçib. Həmçinin Fəhmin Muradbəyli “Keşlə”yə mövsümün sonunadək icarəyə verilib.