“Neftçi”dən darmadağın, “Zirə” məğlubiyyətdən son anda qurtuldu – VİDEO

0
360

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Öncə “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflərin hərəyə bir qol vurduğu oyunda qalib müəyyənləşməyib.

Turun qapanış matçında isə “Neftçi” “Səbail”i qəbul edib. Meydan sahibləri darmadağınla qalib gəliblər – 4:0.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”a 2:0 hesabıyla qalib gəlibsə, “Sumqayıt” – “Keşlə” görüşündə qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan Premyer Liqası
XX tur
14 mart

“Qəbələ” – “Zirə” – 1:1
Qollar:
 V.Medimoreç, 23 – F.Melivilo, 90+4.
Qırmızı vərəqə: M.Giqauri, 29.

“Neftçi” – “Səbail” 4:0
Qol
lar: N.Ələsgərov, 5, S.Monroz, 65, Y.Laval, 69, M.Çelik, 75.