
“Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub.
Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Anar Vəliyev bu postda Vaqif Paşayevi, Xalid Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib. Paşayev karyerasını “Zirə”də köməkçi-məşqçi, İsmayılov isə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri kimi davam etdirir.