Paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
“SOCAR Downstream Management” MMC-dən isə bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.
Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb olunub.
Bu barədə “Report” xəbər yayıb.
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.
Əraziyə yanğınsöndürənlər cəlb olunublar.