Nazirlikdən XƏBƏRDARLIQ: “Ağacların aşma təhlükəsi var”

0
382

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişəcəyi ilə əlaqədar əhalidən diqqətli və ehtiyatlı olmalarını xahiş edib.

“Hamıya məlumdur ki, mart qeyri-sabit keçən aydır, bu ayda dəyişkən hava hadisələri gözləniləndir. Mart ayı üçün xarakterik olan güclü küləyin əsəcəyini nəzərə alaraq vətəndaşlara müraciət edirik ki, ehtiyatlı davransınlar, nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamasınlar, ən əsası uşaqları küləkli havada nəzarətsiz buraxmasınlar.

Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, – deyə o əlavə edib.

İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.