“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tez bir zamanda işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində işlər görəcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Biz ümid edirik ki, ən qısa zaman çərçivəsində onların fəaliyyəti bərpa olunacaq”, – deyə o qeyd edib.
U.Tağıyeva əlavə edib ki, işğal altında olan ərazilərdə su ehtiyatları, eyni zamanda, ətraf mühitə dəyən ziyanları qiymətləndirmək üçün xüsusi komissiya yaradılıb.