
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.
İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub.
Bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, bu təyinata qədər İ.Əfəndiyev Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı.