Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı AÇIQLAMA

0
572

“Oqtay Şirəliyevin vəziyyətində heç bir problem yoxdur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, nazir bir neçə dəfə mətbuata açıqlamalar da verib:

“Düşünmürəm ki, Səhiyyə Nazirliyinin nümayəndələri media qarşısına çıxmır. İstər Səhiyyə naziri Oqtay Şirəliyev, istərsə digər nümayəndələr brifinqlərə, televiziyalara çıxaraq, sualları cavablandırır”