Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI

0
85

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hazırda yükaşırma potensialı 15 milyon tondur və onun 25 milyon tona çatdırılması istiqamətində işlər görülür.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov Bakıda keçirilən Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı deyib.

O bildirib ki, son 20 ildə Azərbaycanın nəqliyyat sektoruna kifayət qədər investisiya yatırılıb: “Eyni zamanda, həm beynəlxalq, həm yerli layihələr həyata keçirilib. Dəniz və avtomobil nəqliyyat parkının genişləndirilməsində Xəzər Dəniz Gəmiçiliyi bölgədə 54 gəmi ilə birgə ən böyük parka sahibdir. Zəngəzur dəhlizinin də açılması daşıyıcılar üçün xüsusi rol oynayacaq. İşğaldan azad olunmuş ərazilərdə 2 hava limanı istifadəyə verilib, birinin tikintisi isə davam edir”.