Nazirlik direktoru vəzifədən AZAD EDİB

0
477

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti daxil olan şikayət araşdıran zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1 117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bunu jurnalistlərə açıqlamasında nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

O deyib ki, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Araşdırmadan sonra kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib.