Nazirlik: “Beş mindən çox müəllimin aylıq əməkhaqqı 1000 manatdan yüksəkdir”

0
402

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı 2019-cu ilin sentyabr ayının 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Həmin artımdan sonra aylıq əməkhaqqı 1 000 manatdan çox olan müəllimlərin sayı təxminən beş min nəfər təşkil edib.

Qeyd olunur ki, diaqnostik qiymətləndirmədən keçən incəsənət və yaradıcılıq üzrə tədris aparan müəllimlərin əməkhaqqı da 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artırılıb.