Şəmkirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı intihar edib.
Hadisə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Şəmkir rayon taborunda qeydə alınıb.
Xidmət başında olan tabor nümayəndəsi Kənan Qurbanov hələlik naməlum olan səbəbdən özünü asaraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.