“Bu gün Nazirlər Kabinetinin 32 işçisi koronavirus əleyhinə vaksin vurdurmağa başlayıb”.
Bunu Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının infeksionist Maisə Heybətova deyib.
O qeyd edib ki, Azərbaycana gətirilən vaksinin heç bir təhlükəsi yoxdur:
“Dövlət qurumu əməkdaşlarına da Çinin Sinovac şirkəti tərəfindən hazırlanan “CoronaVac” vaksini vurulur”.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb.
Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.