Nazirlər Kabineti rəsmisindən koronavirusla mübarizə üçün toplanan vəsaitlə bağlı AÇIQLAMA

0
395

“Koronavirusla Mübarizə Fonduna bu günə qədər 113 milyon manat vəsait toplanıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, Koronavirusla Mübarizə Fondunun vəsaiti hələ xərclənməyib.

“Dövlət hər cür vəsaiti ayırıb. Bu gün Prezident İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva üç yeni modul tipli xəstəxananın açılışını edib. Bu, koronavirusla mübarizədə səhiyyə infrastrukturunu möhkəmləndirir. Ehtiyac olarsa, İctimai Nəzarət Şurasının nəzarəti altında bu vəsaitdən istifadə olunacaq”, – deyə NK rəsmisi əlavə edib.