Nazirdən iki vəzifəyə YENİ TƏYİNAT

0
349

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Əmrə əsasən, Yaşar Abbasov Baş idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 

O, bundan əvvəl Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb. 

Nazirin digər əmri ilə, Hikmət Məmmədov agentliyin rəisi təyin olunub.

Məlumatı Oxu.Az-a FHN-dən təsdiq ediblər.

Qeyd edək ki, Y.Abbasovun işdən çıxarılması xəbərini ilk olaraq qaynarinfo.az saytı yayıb.