“Hindistan yaxın 24-36 saat ərzində Pakistana hərbi zərbə endirməyi planlaşdırır”.
Bu bəyanatla Pakistan İslam Respublikasının İnformasiya və Yayım naziri Attaullah Tarar çıxış edib.
Nazirin sözlərinə görə, Pakistan hakimiyyəti Hindistanın Pahalqam hadisəsindən saxta bəhanə kimi istifadə edərək, yaxın 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətində olduğuna dair etibarlı məlumatlara malikdir.
Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.
Aprelin 29-da Cammu bölgəsin Hindistan və Pakistan qoşunları arasında ataışma başladığı bildirilib.
Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıblar.