Nazir zəlzələ qurbanlarının adlarını göz yaşları içində oxudu – VİDEO

0
462

Albaniyanın Müdafiə naziri Olta Caçka zəlzələ qurbanlarının adlarını oxuyarkən göz yaşlarını saxlaya bilməyib.

 Facebook-da canlı yayım edən nazir çıxışını ömrünün ən ağır nitqi adlandırıb:

“Biz dağılış binaları yenidən tikə bilərik, ancaq ölən vətəndaşlarımızın həyatını geri qaytara bilmərik”.

Bundan sonra Caçka göz yaşları içində adları oxuyub.

Qeyd edək ki, 30 nəfərin öldüyü zəlzələ səbəbindən Albaniyada matəm elan edilib.