“Yüzlərlə bağçada qidanın saxlanması və hazırlanması infrastrukturunda ciddi problemlər var. Bu da özlüyündə müxtəlif həll yolları tələb edir. Bu istiqamətdə işlərimiz davam edəcək”.
bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, uşaq bağçalarında qidalanma ilə bağlı ilkin monitorinq və müşahidələr davam edir:
“Qidalanma ilə bağlı sənədlər 1994-cü ildə təsdiq olunub və üzərindən uzun müddət keçib. Hazırda mütəxəssislər bu istiqamətdə iş görürlər. Nazirlik bir neçə il əvvəl internat tipli məktəblərdə qidalanma normaları və mexanizmlərini dəyişdirib. Bağçalarda model fərqlidir. Lakin yenə də oxşar modelə keçməyi, yaxud hansısa formada qidalanmanın daha da uyğun formata salınmasını düşünürük. Çünki mövcud qida normalarının bəziləri müəyyən mənada məntiqli görünmür”.