“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurası qurumun idarə heyəti ilə əməkdaşlıq müstəvisində fəaliyyət göstərəcək”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.
Nazir qeyd edib ki, Azərbaycanın neftlə bağlı tarixi ənənələri və Dövlət Neft Şirkətinin ölkə iqtisadiyyatında rolu yeni inkişaf dövrünə qədəm qoyacaq