Nazir: Rusiyada 12 mindən çox şagird 88 məktəbdə Azərbaycan dili və ədəbiyyatını öyrənir

0
469

Hazırda ölkəmizdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir və bu təhsil ocaqlarında 1100-dən çox tələbə təhsil alır.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Azərbaycanın 14 dövlət universitetində fəaliyyət göstərən rus dili bölmələrində 25 min tələbə təhsil alır

“Ölkəmizin 338 məktəbində 130 min şagird rus dilində oxuyur. Yeri gəlmişkən, Rusiyada da 12 mindən çox şagird 88 məktəbdə Azərbaycan dili və ədəbiyyatını öyrənir. Rusiya ali təhsil müəssisələrində 11 mindən çox azərbaycanlı tələbə oxuyur.

Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu da xüsusi qeyd olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur”.