Nazir Qızılağac Dövlət Təbiət Qoruğu ilə bağlı tapşırıqlar verdi – YENİLƏNİB

0
384

“Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının söndürülməsinə baxmayaraq, baş verə biləcək yeni yanğın təhlükəsinə qarşı əməkdaşlarımız növbətçilik sistemi təşkil ediblər”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. 

Onun sözlərinə görə, ərazi küləkli olduğundan alovlanma riski hələ də qalır:

“Bu gün bir neçə dəfə ərazidə qısa alovlanmalar baş verib”.

O bildirib ki, hazırda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yanğın baş vermiş ərazidədir, nazirliyin xidmət rəsmisi Firudin Əliyev isə səhər saatlarından Qəbələdə yanğın olan əraziyə gedib:

“Nazir səhər saatlarında Qızılağac Dövlət Təbiət Qoruğuna gedib. Burada yanğının vurduğu fəsadlarla maraqlanıb və müvafiq tapşırıqlarını verib”.

12:38

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsində baş verən yanğın ərazisinə gedib.

Oxu.Az-ın məlumatına görə, nazir ərazidə baş verən yanğının miqyası ilə tanış olur.

Qeyd edək ki, ötən gün Qızılağac Milli Parkının Balıqçılar qəsəbəsi ərazisində başlayan yanğın gecə saatlarında söndürülüb. Yanğın zamanı 30 hektar sahədə quru ot və kol-kos yanıb.