
“2020-ci ildə qeyri neft-qaz sektoru üzrə vergi daxilolmaları 5,6 milyard manat olub”.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.
“Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyri neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 faizə çatıb” – deyə, nazir qeyd edib.