
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi Fəxrin Bektaşi vəzifəsindən azad edilib. O, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə rəis təyin olunub.
Eyni zamanda, həmin vəzifəni yerinə yetirən polis polkovnik-leytenantı Zaur Əliyev Binəqədi Rayon Polis İdarəsində rəis müavini təyin edilib.