Nazir özünə yeni müşavir təyin etdi

0
276

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni kadr təyinatı olub.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qəhrəman Oqtay oğlu Kazımov nazirin yeni müşaviri vəzifəsinə təyin edilib. 

Q.Kazımov bu təyinata qədər 2018-2021-ci illərdə “Azerfon” MMC (Nar) şirkətində strategiya, kommersiya, marketinq, satış, biznesin inkişafı, qiymət siyasəti kimi istiqamətlər üzrə rəhbər vəzifələrində işləyib.

Xatırladaq ki, Q. Kazımov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Macarıstanda İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə İsveçdə təhsilini davam etdirib, Telekommunikasiya Sektorunda Biznesin İnkişafı üzrə təhsil proqramının məzunu olub. Q. Kazımov 2008-2009-cu illərdə “British Petroleum”​ şirkətində Təchizat Proseslərinin İdarə Olunması şöbəsində də çalışıb. İngilis, rus və türk dillərini bilir.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal saytı yazıb.