Nazir: “Orta aylıq əməkhaqqı 40 faiz artıb”

0
256

“Əmək bazarının artan tələblərinə uyğun olaraq bacarıqlı işçi qüvvəsinin yetişdirilməsində aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələr aparılır və yeni proqramlar hazırlanır. Azərbaycanda məşğulluğun genişləndirilməsi hökumət siyasətinin ana xətlərindən birini təşkil edir”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 30 faiz artan əmək müqavilələrinin 75 faizi özəl sektorun payına düşür:

“Digər tərəfdən isə, əməkhaqqı fondu 92 faiz artıb. Orta aylıq əməkhaqqı 40 faiz, median əməkhaqqı 75 faiz artıb ki, bu da Azərbaycan siyasətinin fərdi, sosial inkişaf sahəsində gördüyü işlərin nəticəsidir. Məşğulluq orqanları tərəfindən 2 300-dən çox şəxs işə düzəlib, 36 min kiçik və mikro təsərrüfat yaradılıb ki, bu da 36 min ailənin davamlı gəlir sahəsi deməkdir. Nəzərə alsaq ki, hər il 100 mindən çox gənc əmək bazarına daxil olur, onların arasında ixtisaslı işçilərin sayı o qədər də çox deyil. Bu istiqamətdə tədbirlər artırılmalı və işçi qüvvəsinin inkişafı təmin olunmalıdır”.

“İşğaldan azad olunmuş ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək”, – deyə o qeyd edib