Nazir müşaviri: “Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır”

0
269

Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər qrafikə uyğun aparılır.

Bunu “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” seminarında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

“Füzuli hava limanının açılışı 2021-ci il oktyabrın 26-da olub. Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də Laçın Hava Limanının tikinti işlərinə başlanması məqsədilə hazırlıq və mobilizasiya işləri aparılır. Həmçinin, qeyd edilən hava limanlarının vaxtında istismara verilməsinin təmin edilməsi məqsədilə ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə zəruri tədbirlər davam etdirilir”, – A.Bədəlova vurğulayıb.