Yeni ildə altı günlük dərs olan orta məktəblərdə neçə gün bayram tətili olacağı hələ müəyyən edilməyib.
Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Nazir müavini qeyd edib ki, hələlik bu məsələ ilə bağlı nazirlik tərəfindən qərar verilməyib:
“Həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat göndərəcək”.