Nazir müavini: Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub

0
510

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların artımını hədəfləyir.

Bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Rusiya biznes forumunda deyib.

O bildirib ki, Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollaradək investisiya qoyub:

“Öz növbəsində Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyalarının həcmi 1,2 milyard dollara bərabər olub. İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 19 faiz artaraq 2,5 milyard dollara çatıb”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 2018-ci ildə 83 faiz artaraq 95 milyon dollar təşkil edib:

“Bu il ticarət dövriyyəsinin 100 milyon dollaradək çatdırılması planlaşdırılır”.

R.Məmmədov əlavə edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər strateji xarakter daşıyır, hər iki ölkə iqtisadiyyat, ticarət, təhsil və digər sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların artımını hədəfləyir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda Azərbaycan-Rusiya biznes forumunda deyib.